Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO Vətən müharibəsində iştirak edən əməkdaşları və onların ailə üzvlərini diqqətdə saxlayır 15.12.2020 09:03 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşları və onların ailə üzvləri də iştirak ediblər. Torpaqlarımızın bütövlüyü naminə haqq savaşına qatılan ASCO-nun əməkaşları, habelə şəhid olmuş şəxslərin ASCO-da çalışan ailə üzvləri daim diqqət mərkəzində saxlanılıb, həmin şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif addımlar atılıb. Bununla belə, ASCO sədri Rauf Vəliyevin əmri ilə Vətən Müharibəsində iştirak etmiş, eləcə də iştirak edərək yaralanmış əməkdaşlara, Vətən Müharibəsində şəhid olmuş ASCO işçisinin ailə üzvlərinin birinə və ya şəhid olmuş şəxslərin ASCO işçisi olan ailə üzvünün birinə ödəniş olunması barədə qərar qəbul edilib. Dənizçilər olaraq bir daha başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla Müzəffər Ordumuzun hər bir üzvünə təşəkkür edirik. Vətən uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik! Döyüşlərdə xüsusi fəallıq göstərərək, qəhrəmancasına vuruşan və qazi kimi dönən yaralılara isə şəfa arzulayırıq.