Xəbərlər

AXDG-də iməcilik keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparatında və Cəmiyyətin tabeliyində olan strukturlarda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar iməcilik keçirilib.
İməcilikdə təşkilat, idarə və müəssisələrin ərazilərində, eləcə də iş otaqlarında təmizlik işləri görülüb.
İnzibati binaların ərazisi quru otlardan, küləyin gətirdiyi selofan,kağız parçalardan, tez alışan məişət tullantılarından təmizlənib. Toplanmış tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb.
İməcilik çərçivəsində divarlar rənglənilib, əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilib, onların dibi ağardılıb, qurumuş budaqları budanıb və ehtiyac olan sahələrdə yeni ağaclar əkilib.
Qeyd edək ki, AXDG əməkdaşlarının böyük həvəslə iştirak etdiyi aksiyanın əsas məqsədi həm də ətraf mühitin mühafizəsinə diqqəti artırmaqdır.