Xəbərlər

Gəncədə baş vermiş erməni terroruna “Gəncə” tankerinin heyətindən Hayfa limanında etiraz
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və hazırda xarici sularda üçrəngli bayrağımız altında istismar olunan “Gəncə” tankerinin heyəti oktyabrın 11-də ermənilər tərəfindən Gəncənin raket atəşinə tutulmasına etirazlarını bildiriblər.
Dənizçilər İsrailin Hayfa limanında üzərində #PrayForGanja yazılan plakatlar açaraq foto çəkdirib və müxtəlif həştəqlərlə sosial şəbəkələrdə paylaşıblar.