× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 67, № 10, maddə 1321; 2016, № 3, maddə 584, № 5, maddə 957, № 8, maddə 1428, № 11, maddə 1978; 2018, № 7 (II kitab), maddə 1620; 2019, № 2, maddə 346, № 4, maddə 756; 2020, № 5, maddə 653) aşağıdakı dəyişikliklər edilsin: 1. Aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin: “3. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin “Qeyd”i çıxarılsın. 3. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nun “II. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin törəmə hüquqi şəxsləri” bölməsinin 4-cü hissəsində “ACSC logistics” sözləri “ASCO Logistics” sözləri ilə əvəz edilsin və həmin bölməyə aşağıdakı məzmunda 5-4-cü və 5-5-ci hissələr əlavə edilsin: “5-4. “ASCO Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti; 5-5. “ASCO Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyəti.”.

Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 15 sentyabr 2020-ci il

№ 340