× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Ramazan bayramınız mübarək!

Hörmətli həmkarlar!

Qarşıdan yer üzünün bütün insanlarını nəcib, xeyirxah əməllərə dəvət edən, onları dünyada sülhün, əmin-amanlığın, dostluq və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə çağıran mübarək Ramazan bayramı gəlir.

Sizi əzəməti hüdudsuz olan bu bayram münasibətilə ürəkdən təbrik edir,  sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət,  müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi  naminə  şərəfli işinizdə uğurlar arzulayıram.

Gənc, müstəqil Azərbaycanda din dövlətdən ayrı olsa da, İslama, onun ayrı-ayrı mübarək bayramlarına yüksək hörmət, ehtiram mövcuddur. İnsanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir. Müxtəlif milli və dini mərasimlər, o cümlədən, on bir ayın sultanı sayılan Ramazan bayramı hər il dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunur.

Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməyimizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik.

Hər dəfə belə bayramların sevincini yaşayanda bizə müstəqil dövlətlə yanaşı, möhkəm din-dövlət münasibətləri, nadir multikultural mədəniyyət nümunəsini əmanət edən Ulu öndər Heydər Əliyev şəxsiyyətinin ucalığı və müdrikliyi qarşısında bir daha baş əyirik.

Bugün multikulturalizm ənənələri, tolerantlıq mühiti ilə seçilən Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin mehriban bir ailə kimi yaşadığını müşahidə etmək də, gündən-günə gözəlləşən paytaxtımızın  dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrildiyini görmək də çox xoşdur. Yurdumuzun dünyada digər xalqlara və dini konfessiyalara hörmətlə yanaşan modern müsəlman ölkəsi kimi tanınmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da  xidmətləri əvəzsizdir.

Orucluq mərasimləri hər il cəmiyyətimizdə birlik və bərabərliyin təntənəsinə çevrilir. İnsanlarda vəhdət və humanizm duyğularını, yurd  sevgisini daha da gücləndirən Ramazan bayramını çox təəssüflər olsun ki, bu il bizdən asılı olmayan səbələr üzündən əvvəlki coşqu, təntənə ilə qeyd edə bilmirik.

Bütün dünyanı cənginə alan “COVID-19” Azərbaycanımızdan da yan keçmədiyindən iki aydan çoxdur ki, karantin rejimi şəraitində yaşayır və işləyirik.

Amma əminik ki, cənab İlham Əliyevin müdrik, uzaqgörən siyasəti, həyata keçirdiyi qətiyyətli və qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizədən də üzüağ çıxacaq və tezliklə əvvəlki firavan həyatımıza davam edəcəyik.

Qoy xalqımızın səadəti, əmin-amanlığı,  gənc müstəqil dövlətimizin  tərəqqisi ilə bağlı bütün arzu və diləklərimiz Tanrı dərgahında qəbul olunsun və Uca Yaradan mərhəmətini Odlar yurdunun üstündən heç vaxt əskik etməsin.

Bayramınız mübarək olsun!

Rauf Vəliyev,               

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”

Qapalı Səhmdar Cəmiyyətinin sədri