Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Xəzər dəniz nəqliyyatının Böyük Vətən Müharibəsində rolu barədə qısametrajlı sənədli film hazırlanıb 09.05.2020 15:10 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzər dəniz nəqliyyatının Böyük Vətən Müharibəsi illərində fəaliyyəti və rolu ilə bağlı qsametrajlı sənədli film hazırlayıb. Filmdə Böyük Vətən müharibəsi illərində Xəzərin dəniz yolları ilə cəbhəyə fasiləsiz daşınan yanacaq, döyüş texnikası və qoşun haqqında danışılır. Qeyd olunur ki, o zaman Sovet İttifaqında istehsal edilən neftin 70, aviasiya benzininin 80%-ni Bakı verirdi. Sənədli filmdə Böyük Vətən Müharibəsi illərində şücaət göstərən dənizçilərdən də bəhs edilir. Bildirilir ki, yük və təxliyyə edilən insanların çoxluğu, nəqliyyat vasitələrinin azlığı ilə bağlı yaranan mürəkkəb vəziyyət çıxış yolu tələb edirdi. Dənizçilər təcrübələrində ilk dəfə olaraq neft dolu sisternləri və çəlləkləri birbaşa gəminin yedəyinə alıb daşıyırdılar. Xəzər dənizçiləri ağır şəraitdə yüksək intizamlılıq, cəsarət və qeyrət nümunəsi göstərirdilər. Onlar hərbi və xalq təsərrüfatı yüklərini vaxtında daşımaq üçün gecəni gündüzə qatmışdılar. Qeyd edək ki, bu il faşizm üzərində qələbədən 75 il keçir. Böyük Vətən Müharibəsində 600 mindən çox azərbaycanlı iştirak edib.