× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“General Əliağa Şıxlinski” gəmisinin kran qolunun demontaj işləri uğurla başa çatıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “General Əliağa Şıxlinski” kran gəmisinin 600 tonluq kran qolu (strela) uğurla demontaj olunub. Bu prosesdə həm “Bibiheybət” Gəmi Təmiri Zavodu, həm də “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əməkdaşlarının iştirakı ilə yerinə yetirilib.

Demontaj işləri “Bibiheybət” Gəmi Təmiri Zavodunda “Azərbaycan” kran gəmisindən istifadə edilməklə həyata keçirilib. Bundan sonra kran qolunda təmir işləri yerinə yetiriləcək və təkrar yerinə qoyulacaq. Bu da kranın tam gücü ilə təhlükəsiz istismar olunmasını təmin edəcək.

Məlumat üçün bildirək ki, “General Əliağa Şıxlinski” 600 tonluq kran gəmisi dənizdə neft və qazçıxarma obyektlərinin tikintisində fəal iştirak edib və hazırda da xidmətini davam etdirir.