Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin işçiləri üçün növbəti təlim-məşq keçirilib 29.08.2014 09:31 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti işçilərinin mülki müdafiə hazırlığını və biliyini yüksəltmək, ekstremal şəraitdə fiziki və psixoloji dözümlülüyünü artırmaq, fövqəladə halların nəticələrini aradan qaldırmaq üçün görülən tədbirlərdə lazımi vərdişləri və praktiki bacarıqları təkmilləşdirmək məqsədilə müntəzəm tədbirlər təşkil olunur. Bu günlərdə “AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasında Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin iştirakı ilə yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqasının təlim-məşqi keçirilib Donanmanın yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqasının, “Orion-17” xüsusi xidmət və “Abşeron-17” yedək gəmilərinin cəlb olunduğu tədbir “Limanda dayanarkən gəminin yaşamaq qabiliyyəti uğrunda mübarizə”, “Gəmidən suya düşən insanın xilas edilməsi”, “Dənizdə keçid zamanı və zəhərlənmə ocağında radiasiya və kimyəvi kəşfiyyatın aparılması” və “Gəmidə qismən kimyəvi təmizləmə dezaktivasiyasının aparılması” siqnalları üzrə təşkil edilib. Təlim-məşq “AXDG” QSC-nin yüksək hazırlıqlı mülki müdafiə dəniz kəşfiyyatı manqasının və gəmilərin şəxsi heyətinin səhvsiz qərar qəbul etmək, zəruri cihazlardan düzgün istifadə etmək bacarığını, onlara təhkim olunmuş ərazilərdə radioaktiv şüalanmanın, kimyəvi zəhərlənmənin aşkar edilməsinə, dənizdə və sahilyanı ərazilərdə mühəndis kəşfiyyatının təşkilinə, eləcə də baş verə biləcək fövqəladə halların qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına hazır olduğunu bir daha nümayiş etdirib.