× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda ötən il 55 gəmi təmir olunub

Ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 55 müxtəlif təyinatlı gəmi təmir edilib.

Gəmilərin 8-i əsaslı, 25-i tərsanə, 22-i cari təmir olunub. Bu üzən vasitələrin 29-u ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına, 12-i Xəzər Dəniz Neft Donanmasına, 14-ü isə kənar təşkilatlara aiddir.

Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun həyata keçirilib.

ASCO geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir.  Həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodunun əsas fəaliyyət istiqaməti ASCO-ya və başqa təşkilatlara məxsus gəmiləri və texniki avadanlıqları təmir etməkdən və onlar üçün sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri hazırlamaqdan ibarətdir.