× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun 2018-2019-cu illəri əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2018-2019-cu illəri əhatə edən  Dayanıqlı inkişaf haqqında hesabatının hazırlanması tamamlanıb.

Dayanıqlı inkişaf haqqında hesabat iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətin nəticələrini tam şəffaf açıqlayır, keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, korporativ idarəetmə, personalın idarə olunması və sosial sahələrdə yerinə yetirilmiş işləri, əldə olunmuş nailiyyətləri əhatə edir. Hesabat beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün (GRI) standartlarına uyğun hazırlanıb, “Ernst&Young” şirkəti tərəfindən audit olunub, müsbət rəy təqdim edilib və şəffaflıq prinsiplərinə uyğun olaraq ASCO-nun rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, ASCO fəaliyyətinin ilk günlərindən Azərbaycanda gəmiçilik sahəsində aparıcı beynəlxalq təcrübənin tətbiqinə, beynəlxalq standartların tələblərinə uyğun korporativ idarəetmə sisteminin təşkilinə ciddi diqqət ayırır və mütəmadi olaraq bu istiqamətdə işləyir. Gəmiçilik sahəsində şəffaflığın təmin edilməsi məqsədilə 2014-cü ildən maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun tərtib edilmiş maliyyə hesabatları ilə yanaşı, ASCO-da iki illik dövrü əhatə edən Dayanıqlı inkişaf haqqında hesabatların hazırlanmasına başlanılıb.

ASCO-nun 2014-2015-ci illəri əhatə edən ilk Dayanıqlı inkişaf haqqında hesabatı 2016-cı ildə hazırlanıb, beynəlxalq audit şirkəti tərəfindən audit olunaraq, müsbət rəy təqdim edilmiş və Gəmiçiliyin rəsmi internet səhifəsində dərc edilib. Bununla da, ASCO Xəzər hövzəsində sosial korporativ məsuliyyəti üzrə fəaliyyətinə dair Dayanıqlı İnkişaf haqqında Hesabatını açıqlayan ilk gəmiçilik şirkəti olub.

Hesabatın elektron nüsxəsi ilə BURADAN tanış ola bilərsiniz.