× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun növbəti 10 illik fəaliyyətini əhatə edən strateji inkişaf planı hazırlanır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) 2020-2030-cu illəri əhatə edən strateji inkişaf planı hazırlanır. Yeni strateji inkişaf planının hazırlanması beynəlxalq miqyasda tanınan və böyük nüfuza malik “McKinsey” şirkətinə həvalə olunub.

ASCO ilə “McKinsey” arasında bağlanmış müqaviləyə əsasən icraçı tərəfin ekspertləri və  ASCO rəhbərliyi arasında sənədin prioritet istqamətlərinin müzakirəsi olub.

Müzakirələrdə bildirilib ki, növbəti 10 ili əhatə edən strateji inkişaf planında  ASCO-nun yeni bazarlara daxil olma imkanları barədə geniş təhlil yer alıb. Bu planın həyata keçirilməsi ilə şirkətin Xəzərlə yanaşı, Xəzərdənkənar mövqeyi daha da güclənəcək.

Planın hazırlanması Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin çoxillik təcrübəsinə əsaslanaraq ASCO əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Qeyd edək ki, hazırda ASCO-nun beynəlxalq sularda 14 gəmisi üzür. Azərbaycan bayrağı altında istismar olunan bu gəmilərdən 12-si quru yük gəmisi, ikisi tankerdir.