Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir 21.02.2020 09:35 ASCO gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan neftli şlamların, işlənmiş yağların, digər maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqət mərkəzində saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün mövcud imkanlar daxilində zəruri qabaqlayıcı tədbirlər görülür. 2019-cu ilin nəticələrinə görə, ASCO-nun həm sahil, həm də dəniz obyektlərində formalaşan 207967,5 ton çirkab məişət-təsərrüfat suyu, 13392,2 ton neftli döşəməaltı su, 185,9 ton işlənmiş sürtgü yağı, 90,7 ton yağlı əski, 22,3 ton sintetik propilen buraz kəndir qalığı, 220,4 ton şüşə məmulatları bağlanmış müqavilələr əsasında səriştəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb. Həmçinin, 98 ədəd yararsız akkumulyator və halvanik elementlər, 97,8 ton rezin tullantısı, 222 ədəd yanacaq, 634 ədəd yağ və 370 ədəd hava süzgəci, 55 ton işlənmiş boya qabı və boya tullantıları, 423,9 ton taxta tullantı, 2,6 ton tibbi tullantı, 176,6 ton sellüloz (kağız-karton) tullantısı, 264 ton tekstil parça qalığı, 289,5 ton polimer əsaslı və plastmas tullantı, 1258,1 ton qida qalığı aidiyyəti üzrə təhvil verilib. Qeyd edilən dövrdə Dənizkənarı Milli Park və Cəmiyyətin sahil fəaliyyət akvatoriyaları səthindən 21,2 ton müxtəlif ölçülü əşyalar yığılıb təhvil verilib.