× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

2020/2021-ci tədris ilində ADDA-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası abituriyentlərə müraciət edib. 

Müraciətdə bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2020/2021-ci tədris il üçün abituriyentlərin sənəd qəbulu bu ilin mart ayının 16-dan aprel ayının 14-ə qədər elektron qaydada aparılacaq.

Azərbaycan Dövlət Dəniz Akademiyası “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə çatdırmaq istəyir ki, həmin şəxslər 2020-ci il aprel ayının 1-dən iyul ayının 30-a qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası” MMC-də xüsusi tibbi müayinədən keçməlidirlər.