Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Yeni beynəlxalq İSO 45001 standartı daha sağlam və təhlükəsiz iş mühiti təmin etməyə imkan verir 28.01.2020 11:55 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və ASCO-nun alyans tərəfdaşı olan “Caspian Marine Servises”in (CMS) əməkdaşlarının iştirakı ilə gəmiçilik şirkətlərində tətbiq olunan yeni beynəlxalq İSO 45001 standartı mövzusunda seminar keçirilib. Seminarı kapitan Titos Giannakakisi aparıb. Bildirilib ki, sözügedən beynəlxalq standartlar dəniz nəqliyyatı şirkətlərində sağlam və təhlükəsiz əmək şəraitinin təşviqini nəzərdə tutur. Həmçinin, yeni beynəlxalq İSO 45001 standartı effektiv tədbirlər hesabına risklərin qarşısının alınmasına, müştəri gözləntilərinin doğrulmasına hesablanıb. Seminar interaktiv formada keçib. Şirkətin fəaliyyətində bu beynəlxalq standartın inteqrasiyası və faydaları barədə iştirakçıların sualları cavablandırılıb, fikirləri dinlənilib.