Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Dənizçi” İstirahət Mərkəzi 27.06.2014 15:00 Günəşin göydən yerə od ələdiyi günlər hələ qabaqdadır. Şübhəsiz ki, belə vaxtlarda gözlərimiz daha çox kölgəlik axtarır, könlümüzdən ən çox sərin yerlərdə dincəlmək keçir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonundakı “Dənizçi” İstirahət Mərkəzində dincəlməyə üstünlük verənlər seçimlərində yanılmayacaqlar. Müqtədir qəsəbəsində yerləşən, Xəzərin ləpədöyənində qərar tutan “Dənizçi” İstirahət Mərkəzi iyunun 20-dən qapılarını dincəlmək istəyənlərin üzünə açıb. 2, 5, 7 və 12 günlük yollayışlarla burada ürəyiniz istədiyi kimi istirahət edə bilərsiniz. Daş evlərdə qiymətlər 1 nəfər üçün 20 manat, fin evlərdə 16 manatdır. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin işçiləri və onların ailə üzvləri üçün yollayışların dəyərinin 50 faizini Həmkarlar İttifaqı Komitəsi ödəyir.