× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA 2020/2021-ci tədris ilində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası 2020/2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:

050605 – Dəniz naviqasiyası mühəndisliyi

050607 – Elektrik və elektronika mühəndisliyi

050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

050610 – Gəmiqayırma və gəmi təmiri mühəndisliyi

Təkrar ali təhsilə sənədlərin qəbulu iyul ayının 1-dən 30-dək Akademiyanın əsas binasında aparılacaq. Qəbul olmaq istəyənlər aşağıdakı sənədləri rəsmi və ya elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar:

  • Rektorun adına ərizə;
  • Ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə);
  • İş yerindən arayış (işlədiyi halda);
  • 3×4 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil;
  • Şəxsiyyət vəsiqəsinin surəti;
  • Sağlamlıq haqqında arayış.

 QEYD:   Bütün ixtisaslar üzrə təhsil haqqı 3800 AZN-dır.

1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

Dövlət və özəl ali təhsil müəssisələrinin məzunları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə  təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq, ilkin baza təhsil proqramı ilə yenidən əldə ediləcək ixtisasın baza təhsil proqramı arasındakı fərqin bir tədris ilinə hesablanmış saatdan çox olmaması şərtilə təkrar ali təhsil ala bilərlər.

Ünvan: AZ1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Zərifə Əliyeva küç., 18

Tel.: (+99412) 498-73-94

E-mail:  akademiya@acsc.az ; asadulla.suleymanov@asco.az