× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Cari ilin ilk üç ayında gəmilərlə yükdaşıma göstəriciləri açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri ilə 2025-ci ilin ilk rübündə daşınan yükün həcmi açıqlanıb.

Cari ilin yanvar-mart ayı ərzində ASCO-ya məxsus tankerlərlə ümumilikdə 1 034 039 ton maye yük çatdırılıb.

Bu dövrdə bərə gəmiləri ilə daşınan vaqonların sayı 7 905 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 9 050 ədəd olub.

Hesabat dövründə universal quru yük gəmiləri ilə 441 322 ton yük daşınıb.