Xəbərlər

RİNN-in, eləcə də AZCON-nun idarəetməsinə verilən dövlət qurumlarının kommunikasiya sahəsinə məsul əməkdaşları gəmi-muzeydə olublar
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) idarəetməsinə verilən dövlət qurumlarının ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsinə məsul əməkdaşları ASCO-nun "Suraxanı" gəmi-muzeyində bir araya gəliblər.
ASCO-nun İdarə Heyəti sədrinin müavini Zaur Nağıyev iştirakçıları salamlayaraq, ASCO-nun PR və kommunikasiya siyasəti, eləcə də dünyanın ilk tanker-muzeyinin yaradılması ideyası barədə məlumat verib.
Daha sonra qonaqlara gəmi-muzeydə ekskursiya keçirilib. Həmçinin onlara ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr haqqında məlumat verilib.