× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

"RoPax" tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən 4 il ötür

ASCO-nun "RoPax" tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsindən 4 il ötür.

Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Ötən dövrdə bu gəmi-bərə ilə 1214 vaqon, 23883 yük maşını, 3844 minik avtomobili, 23739 sərnişin daşınıb.

“Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metrdir. Ha­zırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sis­tern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.

Qeyd edək ki, unikal dizayna malik bu gəmi-bərə “Baird Maritime” tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nın hazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021) siyahısında isə dünya üzrə 50 gəmidən biri olub.