× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO üzrə məlumatların açıqlanması Siyasəti təsdiqlənib

Korporativ idarəetmə sistemini tətbiq edən ASCO-da “Məlumatların açıqlanması Siyasəti” təsdiq olunub. ASCO-nun qüvvədə olmuş müvafiq daxili sənədlərinin təkmilləşdirilməsi ilə hazırlanmış Siyasət ASCO İdarə Heyəti iclasının 2019-cu il 9 sentyabr tarixli 12 nömrəli protokoluna əsasən təsdiqlənib.

Siyasət ASCO-nun maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və səmərəliliyi yüksəltmək məqsədi ilə müvafiq məlumatların açıqlanması, zəruri məlumatların maraqlı tərəflərə çatdırılması, habelə bu proseslərə nəzarət olunması mexanizmini tənzimləyir və açıqlanmalı olan məlumatların tərkibini müəyyən edir.

Siyasətin əsas prinsipləri şəffaflığın və aşkarlığın təmini, biznes tərəfdaşların, digər qarşı tərəflərin, habelə hakimiyyət orqanlarının qarşısında etibarın artırılması, ASCO-ya dair müəyyən edilmiş məlumatlardan aidiyyəti şəxslərin xəbərdar olması, hər bir kəsə məlumatları əldə etmək üçün bərabər imkanların yaradılmasından ibarətdir.  Həmçinin, ASCO barədə qeyri-dəqiq məlumatların mövcudluğunun aradan qaldırılması, ASCO-ya və onun idarəetmə orqanına etimadın artırılması, habelə ASCO-nun nüfuzunun yüksəldilməsi də Siyasətin əsas prinsiplərinə aid edilib.

Siyasətə əsasən, ASCO qanunvericiliyə uyğun olaraq açıqlanmalı olan, habelə özünün bildiyi məlumatları rəsmi internet səhifəsində, jurnal və qəzetlərdə, başqa kütləvi informasiya vasitələrində dərc edərək və ya digər şəkildə açıqlayaraq apardığı əməliyyatların və sövdələşmələrin şəffaflığını təmin edir.