× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Maliyyə və uçot departamentinin rəis müavini “2024-cü ilin mühasibi” nominasiyasında mükafata layiq görülüb

ASCO-nun Maliyyə və uçot departamentinin rəis müavini İmamalı Həsənov “2024-cü ilin mühasibi” nominasiyasında mükafata layiq görülüb.

Mükafat Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının təşkilatçılığı ilə baş tutan (APFM) “1-ci APFM Awards” tədbirində təqdim edilib.

2007-ci ildə təsis edilmiş APFM Maliyyə Nazirliyinin qərarına əsasən, "Peşəkar mühasib təşkilatı” kimi akkreditasiya olunub. Təşkilat 2016-cı ildən 320 000 mühasib və auditoru cəmləşdirən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) həqiqi üzvüdür. Bununla yanaşı, APFM 2022-ci ildə Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) üzv seçilib.