× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

İlk milli tankerimiz “Laçın”ın istismara verilməsindən 5 il ötür

İlk milli tankerimiz “Laçın”ın istismara verilməsindən 5 il ötür.

ASCO-nun sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan tankerin istismara verilməsi mərasimi 13 dekabr 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. 

Azərbaycan bayrağı altında xarici sularda üzən tanker ötən 5 il ərzində müxtəlif limanlara ümumilikdə 68 səfər həyata keçirib. Bu səfərlər çərçivəsində gəmi ilə 415 135  ton neft və neft məhsulu daşınıb. 

“Laçın” tankeri ümumi tutumu 9 190 kubmetr olan altı yük tankına malikdir. Gəminin dedveyti dənizdə 7 884 ton və çayda 5 455 ton təşkil edir.  Uzunluğu 141 metr, eni 16,9 metr olan tanker saatda 10 dəniz düyünü sürətlə hərəkət edir.

Onu da qeyd edək ki, bu milli tankerimiz Britaniya Kral Dəniz Mühəndisləri Cəmiyyətinin (Royal Institution of Naval Architects, RINA) siyahısına görə, 2019-cu ildə inşa edilən dünyanın ən yaxşı 50 mülki gəmisindən biri olub.