× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“ACSC Logistics” MMC 23-cü Qazaxıstan Beynəlxalq Nəqliyyat və Logistika sərgisində iştirak edir

Qazaxıstanın Almatı şəhərindəki Atakent Sərgi Mərkəzində 23-cü Qazaxıstan Beynəlxalq Nəqliyyat və Logistika sərgisi keçirilir.

Sərgidə ölkəmizi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tərkibinə daxil olan “ACSC Logistics” MMC təmsil edir.

Dünyanın 30 ölkəsindən 3000-dən çox ziyarətçinin qatıldığı sərginin başladığı ilk gündən “ACSC Logistics” MMC-nin stendi xüsusi marağa səbəb olub.

Burada maraqlı şəxslər “ACSC Logistics” MMC-nin göstərdiyi xidmətlər barədə məlumatlandırılır.  Həmçinin, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin, xüsusilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti diqqətə çatdırılır. Ziyarətçilərə “ACSC Logistics” MMC-nin fəaliyyətini əks etdirən xüsusi çap məhsulları paylanılır.

Bununla belə, “ACSC Logistics” nümayəndələri alternativ dəhlizlərlə daşınan yüklərin Azərbaycan üzərindən keçən dəhlizlərə cəlbi üçün sərgidə iştirak edən yük sahibləri ilə müzakirələr də aparır.

23-cü Qazaxıstan Beynəlxalq Nəqliyyat və Logistika sərgisi 20 sentyabr tarixinədək davam edəcək.

Xatırladaq ki, “ACSC Logistics” MMC həm ölkə daxilində, həm də xaricdə nəqliyyat və logistika xidmətləri göstərir. Şirkətin əsas məqsədi Avropa ilə Asiya arasındakı ən qısa marşrut kimi qədim İpək Yolu, xüsusilə Transxəzər Nəqliyyat Dəhlizinin tam istifadəsini təşviq etmək, bu istiqamətdə əlavə yükdaşıma imkanlarını araşdırmaq və həyata keçirməkdən ibarətdir. “ACSC Logistics” MMC şəffaf və aydın tarif siyasəti, innovativ iş üsullarından istifadə, əlavə xərcləri aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaranmış problemlərin həllində sürətlilik, müqavilələrə uyğun vəzifələrin peşəkar və vaxtında yerinə yetirilməsi kimi vacib prinsiplərlə işləyir.

“ACSC Logistics” MMC-nin xidmət dairəsi genişdir. Şirkət müştərilərinə yüklərin daşınması üçün ən optimal marşrut seçimi, təhlükəli və iri həcmli yüklər və onların daşınma şərtləri barədə tövsiyələr verir, yüklərin Xəzər dənizi, Qara dəniz, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, MDB və Baltik ölkələrinin həm dəmir, həm də dəniz yolları ilə daşınmasını həyata keçirir. Bundan başqa, daşıma zamanı tələb olunan sənədləşmə və müşayiət xidmətlərinin, o cümlədən gömrük rəsmiləşdirilməsi, sığorta, gəmi agenti, nəqliyyat, ekspedisiya və digər xidmətlərin göstərilməsini də təşkil və təmin edir.