Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Moldovanın Azərbaycandakı səfiri "Suraxanı" gəmi-muzeyini ziyarət edib 09.12.2024 10:21 Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ASCO-nun "Suraxanı" gəmi-muzeyində olub. Muzeylə yaxından tanış olan səfirə burada həyata keçirilən müxtəlif layihələr barədə məlumat verilib. Aleksandr Esaulenko "Suraxanı" gəmi-muzeyinə moldovalı rəssam Mixayella Motruçun çəkdiyi rəsm əsərini hədiyyə edib. Muzeyin xatirə kitabına xoş təəssüratlarını yazan səfirə "Suraxanı" gəmi-muzeyinin nəşri olan "Bələdçi kitabı" təqdim olunub.