× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Bu ilin III rübünün yekunlarına dair “Təhlükəsizlik Günü” keçirilib

ASCO-da bütün strukturların nümayəndələrinin iştirakı ilə 2024-cü ilin III rübünün yekunlarına həsr olunmuş “Təhlükəsizlik Günü” keçirilib.

“Təhlükəsizlik Günü”ndə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Rüstəm Ağayev geniş təqdimatla çıxış edib. O, rüb ərzində təhlükəsizlik, sağlamlıq, yanğın və ekologiyaya dair aşkarlanmış nöqsanlar barədə danışıb və onların hər birinin təsvirini verib.

Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 tədbiri çərçivəsində ASCO-da həyata keçirilən layihələrdən də danışılıb.

Həmçinin ASCO ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında imzalanmış müqavilə çərçivəsində iqlim idarəetməsi üzrə korporativ idarəetmə mexanizminin tətbiqi barədə də məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində AYİB ASCO-ya korporativ iqlim idarəçiliyi fəaliyyət planlarını hazırlamaq və həyata keçirmək üçün xüsusi dəstək göstərəcək.

“Təhlükəsizlik Günü”ndə çıxış edən struktur nümayəndələri rüb ərzində aşkarlanmış nöqsanlar, eləcə də onların aradan qaldırılması və təkrarlanmaması üçün görülən işlər barədə ətraflı məlumat veriblər.

ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev nöqsanların aradan qaldırlmasına dair xüsusi mexanizmin hazırlanmasının vacibliyini vurğulayıb və struktur rəhbərlərinə, eləcə də digər məsul şəxslərə təhlükəsizlik qaydalarına nəzarəti daha da gücləndirməyi tapşırıb.

Onu da qeyd edək ki, tədbir çərçivəsində əməkdaşlar üçün “Enerji təcridi” mövzusunda təlim də keçirilib.