Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” mövzusunda seminar keçirilib 23.10.2024 09:28 “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) maarifləndirmə işləri davam etdirilir. Bu məqsədlə ASCO-nun əməkdaşları üçün “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” mövzusunda təlim keçib. Seminarda Əliməmməd Nuriyev korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyətə dair təqdimatla çıxış edib. O, korrupsiya anlayışı, korrupsiyaya şərait yaradan hallar və onun qarşısının alınması barədə ətraflı məlumat verib. Həmçinin korrupsiya hüquqpozmalarının subyektləri, hüquqpozmalar barədə müraciətlərə baxılması və s. kimi məsələlərə dair qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.