× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Klaypeda limanının nümayəndələri ilə görüş keçirilib

Litvanın Klaypeda dəniz limanının baş direktoru Algis Latakas, limanın əməkdaşı Kornelija Butkute, bu ölkənin Azərbaycandakı səfirinin müşaviri Viktoras Dagilis ASCO-da olublar.

ASCO-nun İdarə Heyəti sədrinin müavini Zaur Nağıyev litvalı qonaqlara şirkətin Orta Dəhlizin inkişafındakı rolu, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi tədbirlər, investisiya layihələri, rəqəmsallaşma və ekoloji sahədə gördüyü işlər barədə ətraflı məlumat verib.

Klaypeda limanının baş direktoru öz növbəsində limanın mövcud imkanları barədə danışıb. O, təqdim etdikləri imkanlar daxilində Azərbaycanın bir sıra qurumları, o cümlədən ASCO ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsi məqsədilə maraq kəsb edən digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.