× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Bloomberg” şirkəti ASCO əməkdaşları üçün təlim keçib

Maliyyə bazarlarındakı peşəkar iştirakçılar üçün qabaqcıl maliyyə məlumatı təminatçısı olan “Bloomberg” şirkəti ASCO əməkdaşlarına təlim keçib.

Təlim Azərbaycan İnvestisiya Holdinqinin təşkilatçılığı ilə təşkil olunub.

“Bloomberg”in nümayəndələri Mayk Vonq və Anna Şirşova dinləyicilərə “Bloomberg” terminalı haqqında məlumat verərək, ondan istifadə qaydasını izah ediblər. Təlimçilər qeyd ediblər ki, “Bloomberg” terminalı bütün bazarlar üzrə real vaxt məlumatlarını, son xəbərləri, dərin araşdırmaları, güclü analitikləri, kommunikasiya vasitələrini və dünya səviyyəli icra imkanlarını tam inteqrasiya olunmuş sistemdə birləşdirir və istifadəçilərə təqdim edir.

Təlimdə həmçinin “Dəniz daşımaları və logistikası sahəsinə giriş”, “Sabit gəlir və aktivlərin digər sinifləri haqqında məlumatlar”, “Makroiqtisadi göstəricilər” və “Valyuta kursları, faiz dərəcələri və xammal məhsullar qiymətlərinin hedcinqi” mövzusunda təqdimatlar dinlənilib.