Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Süleyman Vəzirov” və “Yarenqa” gəmiləri “Abşeron” yatağında borudüzmə işlərinin ikinci mərhələsini tamamlayıb 06.09.2019 15:38 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiləri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında boruların döşənməsi üzrə əməliyyatların ikinci mərhələsini də başa çatdırıb. Bu mərhələdə “Abşeron” rayonu 23 saylı özüllə 57 saylı özül arasında 11 459 metr uzunluğunda və 8 düyməlik boru xətti çəkilib. Növbəti mərhələdə isə “Bulla-dəniz” yatağında 2 saylı Qaz Separator Məntəqəsində borudüzmə işləri görüləcək. Burada 27 km boru xəttinin çəkilməsi nəzərdə tutulur. Borudüzmə əməliyyatlarına ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid “Süleyman Vəzirov” borudüzən və “Yarenqa” yedək-təchizat gəmiləri cəlb olunub. ASCO həmişə olduğu kimi, bu əməliyyatları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, nəzərdə tutulan vaxtdan tez yerinə yetirib. Qeyd edək ki, “Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Borudüzmə əməliyyatları isə 8-12 metr dərinlikdə həyata keçirilib.