Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi əsaslı təmir olunub 29.08.2024 10:55 ASCO-nun Xəzər Dəniz Neft Donanmasına məxsus “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmir edilib. Təmir müddətində gəminin baş mühərriki, braşpil və şpil qurğuları, su-yağ soyuducuları, müxtəlif ölçüdə boru sistemləri, köməkçi sükan qurğularının elektrik mühərrikləri təmir olunub, 3 ədəd yeni dizel-generator, 1 ədəd hava kompressoru və yağ seperatoru quraşdırılıb, xilasedici qayığın kran-balkasının sınaq işləri aparılıb, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma, gəmi üzrə işıqlandırma sistemləri təmir edilib. Gəmidə rabitə və elektroradionaviqasiya sahəsi üzrə 2 ədəd müasir tipli stasionar VHF radiostansiya Furuno FM-8900S, Radar Koden MDC-7912, Avtomatik İdentifikasiya Sistemi TR-8000 MKII, GPS GP-170, ümumi istifadə üçün televiziya antenası quraşdırılıb. Bütün qəza vasitələri EPİRB, SART, VHF (GMDSS) yeni nəsil avadanlılqarla əvəz edilib. Həmçinin girokompas, ucadandanışan komanda - yayım qurğusu təmir edilib. İşçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqları, istirahət otağı və kayutlarda lazımi işlər görülüb, geoloji kəşfiyyat işçiləri üçün yeni konteyner hazırlanaraq quraşdırılıb. Tərsanə təmiri zamanı gəminin gövdəsinin sualtı, suüstü hissələri tam olaraq abraziv qumla təmizlənib, hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində, daxili bölmələrdə zədələnmiş sahələr dəyişdirilib və gəmi üzrə rəngləmə işləri yerinə yetirilib. Təmirdən sonra gəmi dəniz sınağına çıxarılıb, uğurla başa çatan sınaqdan sonra gəmi Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Məlumat üçün bildiririk ki, “Məmməd Süleymanov” geoloji kəşfiyyat qazma gəmisi dənizdə 150 metr dərinlikdə kəşfiyat işlərinin aparılması, dənizin dibindən suxurlardan nümunələr götürülməsi kimi işlərdə istismar olunur.