× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

“Üzeyir Hacıbəyli” gəmisi Mingəçevirdə inşa edilən elektrik stansiyası üçün zəruri olan avadanlıqları Bakıya çatdırıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxus “Üzeyir Hacıbəyli” universal quru yük gəmisi Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən yeni elektrik stansiya üçün zəruri olan daha bir dəst turbin və generatorun daşınmasını həyata keçirib.

Ötən ay Türkiyənin Heydərpaşa limanından yola düşən gəmi artıq Azərbaycana – “Qaradağ” limanına çatıb.

Burada hər birinin çəkisi 300 tondan artıq olan turbin və generator gəmidən uğurla boşaldılaraq, ağır tonnajlı kranlarla xüsusi qoşqulu daşınma vasitələrinə yüklənib.