× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

"Xocalı" Kanadadan Çinə doğru hərəkət edir

ASCO-nun "Handysize" tipli “Xocalı” quru-yük gəmisi növbəti səfərinə çıxıb. Gəmi bu dəfə 30 min tona yaxın taxtanı Kanadadan Çinə və Yaponiyaya çatdıracaq.

Azərbaycan Bayrağı altında üzən gəmi Kanadanın Nanaimo və Styuart (Stewart) limanlarından yükünü qəbul edərək, 113 km-lik uzunluğu olan Böyük Ber çayından (Great Bear River) səfərinə başlayıb. Daha sonra gəmi Sakit okeanı keçərək əvvəlcə Çinin Lanşan (Lanshan) limanına, oradan isə Yaponiyanın Matsuyama limanına gedəcək.

Hazırda gəmi Çinə doğru üzür, onun 17 gün ərzində Çin limanına çatması gözlənilir.

Qeyd edək ki, ümumilikdə 38593 ton yükgötürmə imkanına malik olan "Xocalı" gəmisinin uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara da rahatlıqla daxil olmasına imkan verir.