× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Tələbələrin iştirakı ilə "Lənkəran" gəmisində təlim keçirilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin "Lənkəran" təchizat-yedək gəmisində təcrübədə olan Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələrinin iştirakı ilə yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

Təlim nəzəri və praktiki hissədən ibarət olub.

Təcrübəçilərə təlim zamanı CO2 stasionar yanğınsöndürmə avadanlığının işə salınma prinsipləri, yanğına davamlı geyimlə yanğın yerinə daxil olma qaydaları barədə ətraflı məlumat verilib. Həmçinin onlara yanğın baş verdikdə gəmini tərk etmə, eləcə də insanların və digər vasitələrin təxliyəsi qaydaları öyrədilib.

Təlim müzakirələrlə davam edib, "Lənkəran" gəmisinin peşəkar heyəti təcrübəçilərin suallarını cavablandırıblar.