× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da 2023-cü ilin yekunlarına görə ən yaxşıların adları açıqlanıb – SİYAHI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO)  2023-cü ilin yekunlarına görə , “Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi”, “Ən yaxşı müəllim”, “Ən yaxşı kranmeyster” ,  “İlin gənc dənizçisi”,  “Ən yaxşı hamiyəçi kapitan”,  “Ən yaxşı hamiyəçi mexanik”,  “Ən yaxşı hamiyəçi elektromexanik” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb.

“Ən yaxşılar” ASCO sədri Rauf Vəliyevin imzaladığı əmrlə müsabiqənin keçirilmə qaydaları və Təşkilat komitəsinin müvafiq protokolu nəzərə alınaraq müəyyənləşdirilib.

Bu müsabiqənin əsas məqsədi istehsalat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olan və dəniz nəqliyyatının inkişafında səmərəli fəaliyyət göstərən dənizçilərin əməyini qiymətləndirməkdir.

 

2023-cü ilin ən yaxşılarının siyahısını təqdim edirik:

 

“Ən yaxşı kapitan”  - I YER

Novruzov Zaur Rahid oğlu (ASCO aparatının idarəçiliyindəki  “Suqovuşan” gəmisi)

Abdullayev Elşad Rayət oğlu (DND-nin “Dədə Qorqud” gəmisi)

Rəhimov Zaur Dilavər oğlu (XDND-nin “Şüvəlan” gəmisi)

 

“Ən yaxşı kapitan”  - II YER

Həsənov Əbuzar Xəlil oğlu (DND-nin “Qarabağ” gəmisi)

Zeynalov Zakir Abbas oğlu (XDND-nin “Kapitan Ağasiyev” gəmisi)

 

“Ən yaxşı mexanik” - I YER

Xəlləyev Bəhruz Eyvaz oğlu (ASCO aparatının idarəçiliyindəki “Azərbaycan” gəmisi)

Mehdiyev Elman Fizəyil oğlu (DND-nin “Naxçıvan” gəmisi)

Zeynalov İlyas Məhərrəm oğlu (XDND-nin “Vadim Seyidov” gəmisi)

 

“Ən yaxşı mexanik” - II YER

Əzimov Sərdar Hümmət  oğlu (DND-nin “Akademik Həsən Əliyev” gəmisi)

Abbasov Müslüm Sadatxan oğlu (XDND-nin “MPK-459” gəmisi)

 

“Ən yaxşı elektrik mexaniki” - I YER

Məmmədov Ruhid Fazil oğlu (ASCO aparatının idarəçiliyindəki “Azərbaycan” gəmisi)

İsmayılıov Elçin Abdulla oğlu (DND-nin “Zərifə Əliyeva” gəmisi)

Mahmudov Kamil Allahverdi oğlu (XDND-nin “Şirvan” gəmisi)

 

“Ən yaxşı elektrik mexaniki” - II YER

Dadaşov Nicat Bibiqulu oğlu (DND-nin “Akademik Həsən Əliyev” gəmisi)

İbrahimov Azər Mayis oğlu (XDND-nin “Narva” gəmisi)

 

“Ən yaxşı bosman” - I YER

Xəlilov Nəriman Əlisa oğlu (ASCO aparatının idarəçiliyindəki “STB-1” gəmisi)

Abdullayev Zahid Vahid oğlu (DND-nin “Gəncə” gəmisi)

Bəşirov Ziyaməddin İsa oğlu (XDND-nin “Sumqayıt” gəmisi) 

 

“Ən yaxşı bosman” - II YER

Hüseynov Qardaş Xalıq oğlu (DND-nin “Qarabağ” gəmisi)

Rzayev Araz Tarqulu oğlu (XDND-nin “Neftqaz-64” gəmisi)

 

“Ən yaxşı matros” - I YER

Əmrahov Elşən Yusif oğlu (ASCO aparatının idarəçiliyindəki “Azərbaycan” gəmisi)

Ələkbərov Firudin Ərrəhman oğlu (DND-nin “Xocavənd” gəmisi)

Hüseynov Namiq Əzizxan oğlu (XDND-nin “Zülfi Hacıyev” gəmisi)

 

“Ən yaxşı matros” - II YER

Həsənov Elçin Qafur oğlu (DND-nin “Mikayıl Müşfiq” gəmisi)

Fərəcov Vüsal Qurban oğlu (XDND-nin  “Bunkerovşik” gəmisi)

 

“Ən yaxşı motorçu” - I YER

Qurbanov Hüseyn Vahid oğlu (ASCO aparatının idarəçiliyindəki “Azərbaycan” gəmisi)

Əliyev İlqar Nasib oğlu (DND-nin “Dədə Qorqud” gəmisi)

Mustafayev Azad Güləhməd oğlu (XDND-nin “Nefteqaz-64” gəmisi)

 

“Ən yaxşı motorçu” - II YER

Müslümov Paşa Məcid oğlu (DND-nin “Akademik Xoşbəxt Yusifzadə” gəmisi)

Vixlayayev Vladislav Anatolyeviç (XDND-nin “Sumqayıt” gəmisi)

 

“Ən yaxşı kranmeyster” - I YER

Həmzəliyev İsabala Əkbər oğlu (XDND-nin “Zülfi Hacıyev” gəmisi)

 

“Ən yaxşı kranmeyster” - II YER

Babayev Azər Arif (XDND-nin “Ramiz Hacıyev” gəmisi)

 

“Ən yaxşı hamiyəçi kapitan”

Sadıqov Asəf Əlifağa oğlu (ASCO Baş Aparatı)

Ağalarov Canalı Nəcməddin oğlu (DND)

Qasımov İlqar Əliağa oğlu (XDND)

 

“Ən yaxşı hamiyəçi mexanik”

Hüseynov Qədir Tahir oğlu – (ASCO Baş Aparatı)

Rüstəmov Sənan Rüstəm oğlu – (DND)

Heybətov Ceyhun Akif oğlu – (XDND)

 

“Ən yaxşı hamiyəçi elektromexanik”

Aslanov Xəyal Natiq oğlu – (ASCO Baş Aparatı)

Sarıyev Malik Firuz oğlu– (DND)

Əsədov İnqilab Ağakərim oğlu – (XDND)  

 

"İlin gənc dənizçisi" - I YER

Ağalarov Mirsadiq Qalib oğlu (DND-nin "Gəncə" gəmisi)

Məmmədzadə Osman Səfər oğlu (XDND-nin "Atamoğlan Kərimov" gəmisi)

 

"İlin gənc dənizçisi" - II YER

Osmanov Elxan Mehman oğlu (DND-nin “Koroğlu” gəmisi)

Həmzəyev Şövqi Ağaqulu oğlu (XDND-nin“Neftqaz-64” gəmisi)

 

“Ən yaxşı gəmi təmirçisi” - I YER

Səfərov Rafiq Məhərrəm oğlu (ZGTTZ-nin Gəmi təmiri çilingəri)

Kərimov Kənan Məmməd oğlu (BGTZ-nin Gəmi boru çəkəni)

  

“Ən yaxşı gəmi təmirçisi” - II YER

Cəfərov Yaşar İsgəndər oğlu (ZGTTZ-nin Əl ilə qaynaqda elektrik qaynaqçısı)

Əhmədov İmran Səfərəli oğlu (BGTZ-nin Rəngsazı)

 

“Ən yaxşı müəllim”

Sultanov Elşən Fəxrəddin oğlu (ADDA-nın “Gəmi elektroavtomatikası” kafedrasının müdiri)

 

“Ən yaxşı kapitan”, “Ən yaxşı mexanik”, “Ən yaxşı elektrik mexaniki”, “Ən yaxşı bosman”, “Ən yaxşı matros”, “Ən yaxşı motorçu”, “Ən yaxşı gəmi təmirçisi” nominasiyaları üzrə birinci yerin qalibləri aylıq vəzifə maaşlarının iki misli, ikinci yerin qalibləri aylıq vəzifə maaşlarının bir misli qədərində mükafata layiq görülüblər. “Ən yaxşı hamiyəçi kapitan”, “Ən yaxşı hamiyəçi mexanik”, “Ən yaxşı hamiyəçi elektromexanik” adına layiq görülən əməkdaşlar da aylıq vəzifə maaşlarının iki misli məbləğində mükafatlandırılıblar.

“Ən yaxşı müəllim” nominasiyasının qalibinə aylıq vəzifə maaşının iki misli, “İlin gənc dənizçisi” nominasiyası üzrə qaliblərə onların aylıq vəzifə maaşlarının bir misli məbləğində mükafat təyin olunub.

“İlin ən yaxşı kranmeysteri” üzrə birinci yerin qalibi aylıq vəzifə maaşının bir misli, ikinci yerin qalibi isə aylıq vəzifə maaşının 0,5 misli məbləğində mükafata layiq görülüb.