Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya ASCO-da “Təhlükəsizlik günü” keçirilib 19.07.2024 14:48 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 2024-cü ilin II rübünün yekunlarına həsr olunmuş “Təhlükəsizlik günü” keçirilib. ASCO üzrə bütün strukturların nümayəndələrinin iştirakı ilə baş tutan “Təhlükəsizlik günü”ndə Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Rüstəm Ağayev geniş təqdimatla çıxış edib. O, rüb ərzində ASCO üzrə qeydə alınan təhlükəsizlik, sağlamlıq, yanğın və ekologiyaya dair ümumi nöqsanlar barədə danışıb və hər birinin təsvirini verib. KSƏTƏMM departamentinin Emissiyaların idarə olunması üzrə aparıcı mütəxəssisi Nigar Bağırova ətraf mühitin mühafizəsi istiqamətində ASCO tərəfindən görülən işlər, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçiriləcək layihələr barədə danışıb. Daha sonra hesabat dövründə ASCO strukturları üzrə görülən işlərlə yanaşı, aşkarlanan qüsurlar barədə tədbir iştirakçıları məlumatlandırılıb. ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev çıxışında istehsalatda əməyin təhlükəsizliyi ilə bağlı keçirilən hər bir tədbirin xüsusi önəm daşıdığını qeyd edib. O bildirib ki, təhlükəsiz iş ASCO-da həyat tərzinə çevrilməlidir. Bunun üçün hər bir əməkdaş təyin olunan təhlükəsizlik qaydalarına ciddi riayət etməlidir. Bundan başqa, ASCO sədri görüşdə iştirak edən struktur rəhbərlərinə, eləcə də digər məsul şəxslərə təhlükəsizlik qaydalarına nəzarəti daha da gücləndirməyi tapşırıb.