Xəbərlər

Son 6 ay ərzində “My ASCO” üzərindən müraciətlərin sayı 1321 olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının istifadəsi üçün yaradılmış “My ASCO” tətbiqində 2024-cü ilin ilk 6 ayı ərzində aktiv istifadəçilərin sayı 6624 nəfəri ötüb.
Bu müddət ərzində ASCO əməkdaşlarından tətbiq üzərindən 1321 müxtəlif məzmunlu müraciət daxil olub.
Yenilənmədən sonra tətbiqdən “E-Təlim” platformasına birbaşa inteqrasiya etmək mümkündür.
“My ASCO” tətbiqi 2022-ci ildə istifadəyə verilib.
Tətbiqin məqsədi əməkdaşlar üçün bir sıra xidmətlərin rəqəmsal platformaya keçirilərək istifadə rahatlığının və operativliyin təmin edilməsi, elektron xidmətlərin ASCO-da çalışan dənizçilər üçün əlçatanlığının artırılmasıdır.