× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun “Telegram” kanalı yaradılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi “Telegram” kanalı (https://t.me/ASCO1858) istifadəyə verilib.

Kanalda ASCO-nun fəaliyyəti ilə bağı vacib xəbərlər, həyata keçirilən yeniliklər, tədbirlər, dənizçilərlə müsahibələr, gəmiçiliklə bağlı maraqlı məlumatlar paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə kanala abunə olmaq mümkündür.

Qeyd edək ki, ASCO-nun “Facebook”, “Twitter”, “İnstagram”, “Youtube” və “LinkedIn” sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir.