× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun 6 ay üçün yükdaşıma göstəriciləri açıqlanıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2024-cü ilin yanvar-iyun aylarındakı yükdaşıma göstəricilərini açıqlayıb. 

Ötən 6 ay ərzində ASCO tankerləri 2 009 536 ton yük daşıyıb.

Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 19 068 ədəd, yük avtomobillərinin sayı 17660, minik avtomobillərinin sayı isə 1 079 ədəd olub. Həmçinin bu gəmilərlə 13 433 sərnişin daşınıb.

ASCO-nun universal quru yük gəmiləri hesabat dövründə 363 818 ton yük nəql edib.