× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Dəniz nəqliyyatı işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər il iyunun 25-i Azərbaycan Respublikasında Dənizçi Günü elan olunub.

Bununla əlaqədar  Dövlət Dəniz və Liman Agentliyinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin kollektivləri  Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.