× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ADDA 2024/2025-ci tədris ilində əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə sənəd qəbulu elan edir

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyası 2024/2025-ci tədris ilində əlavə təhsilin təkrar ali təhsil istiqaməti üzrə aşağıdakı ixtisaslara sənəd qəbulu elan edir:

   050605 – Dəniz naviqasiyası mühəndisliyi

   050609 – Gəmi energetik qurğularının istismarı mühəndisliyi

   050607 – Elektrik və elektronika mühəndisliyi

Təkrar ali təhsilə sənəd qəbulu 05.06.2024-cü ildən 15.08.2024-cü ilədək portal.edu.az üzərindən həyata keçirilir.

Müraciət edən şəxslər aşağıdakı sənədləri elektron qaydada sistemə yükləməlidirlər:

  1. Ali təhsil haqqında sənəd (diplom və diploma əlavə);
  2. Sağlamlıq haqqında arayış (narkoloji və psixoloji arayışlar əlavə olunmaqla) və ya dənizcinin tibb kitabçasının surəti.

Qeydiyyatdan keçən şəxslər müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanmaq ücün Akademiyaya müsahibəyə dəvət olunurlar. Müsahibədən keçdikləri halda aşağıdakı sənədlərin əslini Akademiyada yaradılmış komissiyaya təqdim edirlər:

  1. Rektorun adına ərizə;
  2. Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti;
  3. 3 x 4 ölçüdə 6 ədəd fotoşəkil;
  4. Şəxsiyyət vəsiqəsinin surəti;
  5. Sağlamlıq haqqında arayış (narkoloji və psixoloji arayışlar əlavə olunmaqla) və ya dənizçinin tibb kitabçasının surəti.

Təhsil haqqı 3800 AZN.

Tələbələr təhsil aldıqları müddətdə nəzəri diplomla yanaşı, işçi diplom, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla təmin olunurlar.

Qeyd:  

 1. 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra Akademiyada təkrar ali təhsil ala bilərlər.

 2. Müraciət etmiş səxslər üzən gəmilərdə dənizdə olduqları halda onların onlayn qaydada müsahibədə iştirakına şərait yaradılacaq.