Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya “Dənizçilik əlifbası” kitabı ingilis dilində çap olunub 25.05.2024 08:39 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Korporativ Sosial Məsuliyyəti çərçivəsində hazırlayaraq nəşr etdirdiyi “Dənizçilik əlifbası” kitabının ingilis dili versiyası işıq üzü görüb. Dünyada ilk tanker-muzey olan “Suraxanı” gəmi-muzeyinin eksponatları əsasında hazırlanan nəşrdə dənizçiliyə dair terminlər və onların izahları yer alıb. Nəfis şəkildə çap olunmuş kitabla uşaqlar sirli-sehirli dənizçi dünyasına səyahət etməklə yanaşı, ingilis dili biliklərini də təkmilləşdirəcəklər. “Dənizçilik əlifbası” “Suraxanı” gəmi-muzeyi uşaqlar üçün" silsiləsindən ilk kitabdır. Bu silsilədən digər kitabların da hazırlanması və çapı nəzərdə tutulur.