× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-da “Təhlükəsizlik günü” keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “Təhlükəsizlik günü” keçirilib. 2024-cü ilin I rübünün yekunlarına həsr olunmuş “Təhlükəsizlik günü” ASCO üzrə bütün strukturların nümayəndələrinin  iştirakı ilə baş tutub.

Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin (KSƏTƏMM) rəisi Rüstəm Ağayev geniş təqdimatla çıxış edib. O, rüb ərzində ASCO üzrə qeydə alınan təhlükəsizlik, sağlamlıq, yanğın və ekologiyaya dair ümumi nöqsanlar barədə danışıb və hər birinin təsvirini verib.

Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktor Ələkbər Əzizli ASCO-da təhlükəsizlik məsələlərinin hər zaman xüsusi diqqətdə saxlanıldığını deyib.  O bildirib ki,  “Müşahidə kartları”nda  əks olunan nöqsan və uyğunsuzluqların hər biri analiz edilir, eyni zamanda onların aradan qaldırılması istiqamətində zəruri addımlar atılır.  

Toplantıda  təhlükəsizlik qaydalarına əməl olunması üçün strukturlarda müxtəlif təlimlərin keçirildiyi barədə də məlumat verilib. Bildirilib ki,  maarifləndirici işlərlə yanaşı, təhlükəsiz əmək fəaliyyətinə görə fərqlənən əməkdaşlara mütəmadi olaraq təşəkkür elan edilir.