× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO sədri “Zəngəzur” gəmisində olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev Türkiyənin Yalova bölgəsinin “Sefine” tərsanəsində təmir edilən “Zəngəzur” gəmisində olub.

Sədr təmir prosesinin gedişatı ilə maraqlanıb, heyət üzvləri ilə görüşərək gəminin istismarına və idarə edilməsinə dair fikir mübadiləsi aparıb. Həmçinin sağlamlıq, təhlükəsizlik, nizam-intizam kimi məsələlərə toxunub, bu istiqamətdə dənizçilərin məsuliyyət və öhdəliklərindən danışıb.

Rauf Vəliyev “Zəngəzur” gəmisinin heyət sıralarına yeni daxil olan azərbaycanlı gənc dənizçilərlə söhbətində hər zaman onlara güvəndiyini, xarici sularda istismara verilən yeni tipli gəmilərdə milli kadrlardan ibarət heyətin formalaşdırılmasının əsas hədəflərdən olduğunu bildirib.

ASCO sədri dənizçilərin problemləri ilə də maraqlanıb, onların fikirlərini dinləyib.

O, yükdaşımalarda oynadıqları fəal rola görə heyət üzvünün hər birinə təşəkkürünü bildirib, onlara təhlükəsiz səfərlər arzulayıb.