× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO kollektivi Fəxri xiyabanı ziyarət edib

Müasir Azərbaycanın memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) rəhbərliyi və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər.

Dənizçilər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini hörmət və ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüblər.

Ziyarət zamanı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.