× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü, eləcə də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) genişmiqyaslı ağacəkmə kampaniyası keçirib.

“Bibiheybət” Gəmi Təmiri Zavodunun ərazisində təşkil olunan tədbir ASCO-nun rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə baş tutub.

Azərbaycan təbiətinin böyük hamisi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş yaşıllaşdırma aksiyası çərçivəsində yerli iqlimə uyğun ümumilikdə 1236 ədəd olmaqla, Eldar şamı və zeytun ağacı əkilib, ərazidəki bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.