Xəbərlər Xəbərlər "Dəniz" qəzeti E-nəşrlər Foto qalereya Video qalereya Təlim Tədris Mərkəzinə növbəti üç ildə DP təlimlərinin keçirilməsi üçün icazə verilib 11.03.2024 10:04 Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası Publik Hüquqi Şəxsinin (ADDA PHŞ) Təlim Tədris Mərkəzində (TTM) növbəti dəfə akkreditasiyanın yenilənməsi üçün audit keçirib. Audit zamanı TTM-in standartlara uyğunluğu ilə yanaşı, son üç ildə təşkil olunan Dinamik Mövqe Saxlama (Dynamic Positioning - DP) təlimlərinin sənədləri yoxlanılıb. Yoxlama nəticəsində TTM-in standartlara uyğun fəaliyyət göstərdiyi təsdiqlənib və DP təlimlərinin keçirilməsi üçün Mərkəzə növbəti üç il müddətinə akkreditasiya verilib. Audit “The Nautical İnstitute”-nin nümayəndəsi kapitan Kuldip Singh Sandhu və Təşkilatın Dəniz və dəniz nəqliyyatı kvalifikasiyası şöbəsinin müdiri Qasim Masood tərəfindən aparılıb. Qeyd edək ki, “The Nautical Institute” təşkilatı ilk dəfə 2017-ci ildə ASCO-nun Təlim Tədris Mərkəzinə DP təlimlərinin keçirilməsi üçün akkreditasiya verib. Belə ki, “DP Induction” və “DP Simulator” təlimlərinin keçirilməsi üçün akkreditasiya yenilənib, “DP Revalidasiyası və Təkmilləşdirmə/ Bacarıqların Qiymətləndirilməsi” təlimi üçün isə yeni akkreditasiyanın verilməsi uğurla həyata keçirilib. Hazırda Təlim Tədris Mərkəzi dünyada DP təlimlərinin keçirilməsinə səlahiyyəti olan 80 mərkəzdən biri, Azərbaycanda isə yeganə mərkəzdir.