× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

Bakı buxtası akvatoriyasının ekoloji vəziyyəti monitorinq olunub

Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini və cari ildə paytaxtımızda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyini nəzərə alaraq Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Bu çərçivədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının “Orion 17” gəmisi vasitəsilə buxta ərazisində ekoloji monitorinq işləri həyata keçirilib.

Monitorinq zamanı Bakı buxtası akvatoriyasında tədqiq olunması üçün dənizin müəyyən dərinliklərindən dib çöküntüsü nümunələri götürülüb. Nümunələrin götürülməsi sərnişin-gəzinti gəmilərinin hərəkət marşrutlarını və “Baku Marriot Hotel”in qarşısından Dövlət Bayrağı Meydanınadək olan ərazini əhatə edib.

Götürülmüş nümunələrin nəticələri əsasında buxtanın ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, prosesdə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi nümayəndələri ilə yanaşı, Dənizkənarı Bulvar İdarəsinin və ASCO-nun Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi departamentinin əməkdaşları da yaxından iştirak ediblər.