Xəbərlər

“Satti” üzən qazma qurğusu ASCO-nun gəmiləri vasitəsilə Azərbaycana yedəklənib
Qazaxıstanın “Kazmortransflot” Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus “Satti” üzən qazma qurğusu Azərbaycana çatdırılıb.
Üzən qazma qurğusu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nə (ASCO) məxsus yedək gəmilərinin müşaiyəti ilə Qazaxıstanın Kurik limanından yola salınıb. Prosesə əsas yedək gəmisi kimi “Andoqa”, köməkçi yedək gəmisi kimi “Aura” və müşahidəçi gəmi kimi “SOCAR-1” gəmiləri cəlb olunub. Qurğu təhlükəsiz şəkildə “Caspian Drilling Company LTD.” şirkətinə məxsus “CDC Dəniz Təchizat və Logistika Bazası”na çatdırılıb.
Burada qurğunun təkmilləşdirilməsi işləri həyata keçiriləcək.