× Ro-Ro və bərələrin hərəkət qrafiki Yüklərin izlənməsi Tarif hesablanması və bilet satışı Daşıma tarifləri Podratçıların elektron müraciət forması Vətəndaş müraciəti

Xəbərlər

ASCO-nun yeni istiqrazlarına abunə yazılışı başlayıb

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə 13 dekabr 2023-cü ildə premium bazar seqmentində listinqə daxil edilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) ümumi dəyəri 50,000,000 (əlli milyon) ABŞ dolları olan yeni istiqrazlarına 18 dekabr 2023-cü il tarixindən abunə yazılışı başlayıb. Abunə yazılışı prosesi 18 fevral 2024-cü ilədək davam edəcək.

Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi - İSİN: AZ2002019340

İstiqrazların növü və forması: Faizli, təmin edilməmiş, sənədsiz adlı

İstiqrazların sayı: 50,000 (ədəd)

Nominal dəyəri: 1,000 ABŞ dolları

İllik faiz dərəcəsi: 6 %

Tədavül müddəti: 5  il

Kupon faizlərinin ödəniş müddəti: İldə iki dəfə (6 aydan bir olmaqla)

Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl  - 29 dekabr 2022-ci ildə “Bakı Fond Birjası” QSC-nin Listinq Komitəsinin qərarı ilə premium bazar seqmentində listinqə daxil edilmiş ümumi dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan ASCO-nun ilk istiqrazları tədavülə buraxılmışdır.