Xəbərlər

ASCO-nun “TransCaspian/Translogistica 2019” sərgisindəki stendi xüsusi sertifikata layiq görülüb
Bakı Ekspo Mərkəzində keçirilən XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika (“TransCaspian/Translogistica 2019”) sərgisi başa çatıb.
Sərginin yekununda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin stendi “The best corporate style reflection” sertifikatına layiq görülüb.
Qeyd edək ki, builki sərgiyə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilk dəfə olaraq ASCO brendi adı altında qatılıb. Stenddə son illər ASCO-nun donanmalarının müasirləşdirilməsi istiqamətində görülən tədbirlər və gələcək layihələr haqqında ziyarətçilərə ətraflı məlumat verilib. Bununla yanaşı, burada şirkətin fəaliyyətini əks etdirən müxtəlif çap məhsulları, foto və videoçarxlar nümayiş olunub. Bu səbəbdən stend həm yerli, həm də xarici ziyarətçilərdə xüsusi maraq yaradıb.